Tarixi-mədəni
abidələrin mühafizəsi və təbliği
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Azərbaycanda tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliği: mövcud vəziyyətin monitorinqi və qarşıda duran vəzifələr” mövzusunda layihə həyata keçirir. QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə gerçəkləşən layihə çərçivəsində Şamaxı və Gəncədə maarifləndirici seminar keçirilib.
Şamaxı şəhər Mədəniyyət evində keçirilən tədbirdə “Miras” İB-nin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, layihənin koordinatoru, qurumun sədr müavini Arzu Soltan mövzu ilə bağlı çıxış ediblər. Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə Mədəniyyət və Turizm Şöbəsinin müdiri Məleykə Kamilova, şöbənin aparıcı məsləhətçisi Rəfael Tağızadə və digər iştirakçılar monitorinqin nəticələri ilə bağlı səslənən fikirlərə münasibət bildiriblər.
Gəncədə
gerçəkləşən seminar ictimai birliyin
hazırladığı “Azərbaycan abidələr
diyarıdır” adlı sənədli filmin
təqdimatı ilə başlayıb. Sonra mövzu
ətrafında fikir mübadiləsi
aparılıb. Çıxış edənlər milli-mənəvi
dəyərlərimizin qorunması, onların bərpası,
eləcə də yaranma tarixi
barədə tədqiqat işlərinin aparılması üçün qarşıda duran
vəzifələrdən danışıblar.
Mədəniyyət.- 2013.- 19 iyun.-
S. 15.